Ermənistanda fövqəladə vəziyyət rejimi uzadılıb

12 İyun 2020 11:22 (UTC+04:00)

Ermənistanda fövqəladə vəziyyət rejiminin müddəti iyulun 13-dək uzadılıb.

Bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, bununla bağlı Ermənistan hökumətinin bugünkü iclasında qərar qəbul edilib.

Ölkədə yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxmanın yüksək olması səbəbi ilə fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb. (APA)

AzNews.az