Azərbaycan Prezidenti Kraliça Ülyahəzrət II Elizabetə məktub göndərib

12 İyun 2020 16:30 (UTC+04:00)

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə təbrik məktubu göndərib.

AzNews.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Ülyahəzrət,

Ölkənizin milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və Birləşmiş Krallığın dost xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xalqınıza daim rifah arzulayıram".