Azərbaycanda daha 336 nəfər COVID-19-a yoluxub

12 İyun 2020 17:15 (UTC+04:00)

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 336 yeni yoluxma faktı qeydə alınıb, 183 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Məlumata görə, TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5600 test aparılıb. (APA)

AzNews.az