Pakistanda koronavirusla bağlı vəziyyətdə rekord

12 İyun 2020 22:16 (UTC+04:00)

Pakistanda koronavirusla bağlı vəziyyətdə rekord göstərici qeydə alınıb. Belə ki, ölkədə son sutka ərzində 6 397 nəfərdə koronavirus aşkarlanıb.

AzNews.az “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da Pakistanda koronavirusa yoluxanların ümumi sayı 125 933-ə yüksəlib.

Bundan əlavə, son 24 saat ərzində daha 107 nəfər koronavirusun qurbanı olub. Nəticədə ölkədə koronavirusdan ölənlərin sayı 40 247-yə çatıb.