“Yuventus” finala yüksəldi

13 İyun 2020 09:23 (UTC+04:00)

Futbol üzrə İtaliya Kubokunda ilk finalçı bəlli olub.

AzNews.az xəbər verir ki, yarımfinalın cavab matçında "Yuventus" "Milan"ı qəbul edib.

Qarşılaşma qolsuz başa çatsa da, Turin təmsilçisi səfərdə keçirilən ilk matçda qeydə alınan 1:1 hesablı nəticəyə görə finala adlayıb.

Qeyd edək ki, digər yarımfinal görüşündə "Napoli" "İnter"lə üz-üzə gələcək.