Aktrisanı məşhur serialdan uzaqlaşdırdılar

13 İyun 2020 12:54 (UTC+04:00)

Fox TV-də yayımlanan “Mucize Doktor”da Kıvılcım obrazını canlandıran aktrisa Özge Özder serialdan uzaqlaşdırılıb.

AzNews.az xəbər verir ki, bu barədə layihənin baş prodüseri Asena Bülbüloğlu instaqramda məlumat yayıb. Qeyd olunub ki, aktrisa növbəti sezonda ekran işində yer almayacaq.

Ö. Özder bundan sonra sosial şəbəkədə açıqlama yayaraq vurğulayıb ki, rəhbər şəxslər ondan xəbərsiz belə bir addım atıblar. Təəccübləndiyini qeyd edən aktrisa baş prodüserin qərarı ilə yeni tanış olduğunu bildirib.