Gürcüstanda koronavirusla bağlı son vəziyyət

14 İyun 2020 17:32 (UTC+04:00)

Gürcüstanda son sutka ərzində daha 13 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.

AzNews.az bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 864-ə yüksəlib, bu virusdan ölənlərin sayı isə 14-dür.

Bundan əlavə, indiyədək 703 nəfər sağalıb və xəstəxanalardan evə buraxılıb. Tibb müəssisələrində 147 pasiyentin müalicəsi davam etdirilir. Onlardan 6-sının vəziyyəti ağır qiymətləndirilir.