İranda zəlzələ olub

14 İyun 2020 23:48 (UTC+04:00)

İran İslam Respublikasında 5,1 bal gücündə zəlzələ olub.

AzNews.az xəbər verir ki, bu barədə ölkənin Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 22:35-də qeydə alınıb. Zəlzələnin episentri Fars əyalətində, Beyram yaşayış məntəqəsindən 17 kilometr məsafədə qeydə alınıb. Zəlzələ ocağı 16 kilometr dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barədə məlumat verlmir.