Rusiyada təyyarə təcili eniş etdi

15 İyun 2020 12:03 (UTC+04:00)

"Rusiya Poçtları" Tu-204 təyyarəsi Moskvaətrafı Jukovski aeroportunda təcili eniş edib.

AzNews.az-un məlumatına görə, bu barədə fövqəladə xidmətlərə istinadən TASS xəbər verib.

Məlumata görə, təyyarə Jukovskidən Yakutska doğru uçurmuş. Təyyarə səmaya qalxdıqdan sonra mühərriklərdən birində nasazlığın tənzimləyicisi işə düşüb. Ekipaj bununla əlaqədar olaraq aeroporta qayıtmağa qərar verib.

Bildirilir ki, təyyarə ştat rejimində enib.

Zərərçəkənlər barədə məlumat yoxdur.