"Sevilya" ilə "Levante" heç-heçə edib

16 İyun 2020 09:00 (UTC+04:00)

Futbol üzrə İspaniya çempionatının 29-cu turunda "Sevilya" ilə "Levante"oyunu 161 hesabı ilə bitiriblər.

AzNews.az-ın məalumatına görə, oyun Valensiyanın "Syudad de Valensiya" stadionunda keçirilib.

“Sevilya” tərəfindən qolu Lyuk de Yonq 46-cı dəqiqədə vurub. Niderlandlı forvard İspaniya çempionatının cari mövsümündə oyunun ikinci hissəsində ən tez hesabı açan kimi (26-cı saniyə) fərqlənə bilib. "Sevilya"nın qapısından isə avtoqolu komandanın braziliyalı müdafiəçisi Dieqo Karlos keçirib (87-ci dəqiqə).

Turnir cədvəlində "Sevilya" 29 oyundan topladığı 51 xalla 3-cü yerdədir, "Levante" isə 29 oyunda 35 xalla 12-ci yerdə qərarlaşıb.