Etiraz aksiyasında 150-dən çox şəxs saxlanılıb

16 İyun 2020 17:45 (UTC+04:00)

Yerevanda Ermənistan parlamentinin qarşısında etiraz aksiyası keçirilir.

Erməni KİV-lərinin yaydığı məlumata görə, deputat Qaqik Tsarukyanın toxunulmazlığının aradan qaldırılmasına etiraz olaraq keçirilən aksiyada 154 nəfər saxlanılıb.

Ermənistan parlamentində keçirilmiş səsvermə zamanı deputat 87 lehinə səslə müxalif “Çiçəklənən Ermənistan” partiyası sədrinin mandatını ləğv edib.

Qeyd edək ki, Bir neçə gün əvvəl Q.Tsarukyan prokurorluğa çağırılaraq, seçki saxtakarlığı, mənimsəmə və vergidən yayınma ittihamları ilə bağlı ifadə verib.

AzNews.az