Ağsu aşırımında yanğın başladı

16 İyun 2020 18:43 (UTC+04:00)

Ağsu rayonunda Ağsu aşırımı ərazisində yanğın başlayıb.

FHN-dən AzNews.az-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Mülkü müdafiə qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.