Polis tabel silahını götürərək qaçdı- Bakıda

31 May 2013 08:34 (UTC+04:00)


Hazırda Mahirin daimi yaşadığı Keşlə qəsəbəsi Nizami Abdullayev küçəsindəki evi polis işçiləri tərəfindən mühasirəyə alınıb. Hadisə yerində olan jurnalistlərin verdiyi məlumata görə, polis işçilərinin bir neçəsi Mahirin yaşadığı mənzildən bir addım da olsun qirağa çəkilmir. Deyilənə görə, onlar Mahirin gəlib evdə hansısa hadisəni törədə biləcəyindən ehtiyat edirlər.

Mahirin əsasən mülki obyektlərin mühafəzəsi ilə məşğul olduğu bildirilir. Onu sonuncu dəfə Sabuncu rayonu ərazisində olan kafelərdən birində sərxoş vəziyyətdə görüblər. Ətrafda yaşayanlar Mahirin bərk içki alüdəçisi olduğunu söyləyir. Belə adama tabel silahın necə etibar edilməsi də olduqca maraqlı görünür.

Xatırladaq ki, əslən Beyləqan rayonundan olan Mahirin Tahir adlı qardaşı Azərbaycanda ən iri dərman depolarından birinin sahibidir. Onun Məzahir adlı digər qardaşı isə restoran biznesində olan tanınmış şəxslərdəndir. Hazırda Mahirin hər iki qardaşının da polis nəzarətinə götürüldüyü bildirilir. Mahiri tanıyan adamların verdiyi məlumata görə, spirtli içkilərə meyilli olması səbəbindən qardaşların heç biri onunla danışmır.

Maraqlıdır ki, Mahirin axtarışı ilə ciddi məşğul olan polis işçiləri nədənsə onun hansısa cinayəti törədə biləcəyindən ehtiyat edirlər.
(Azpolitika.info)

AzNews.az