Türkiyədə koronavirusa yoluxanların sayı 181 mini ötdü

16 İyun 2020 22:11 (UTC+04:00)

Son sutkada Türkiyədə koronavirusdan daha 17 nəfər ölüb.

AzNews.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, bununla da ölkədə COVID-19 qurbanlarının ümumi sayı 4 842 nəfərə çatıb.

Nazir qeyd edib ki, son bir gündə koronavirusa 1 467 nəfər yoluxub. Beləliklə, koronavirusa yoluxma hallarının ümumi sayı 181 298 nəfərə yüksəlib.

Virusa yoluxmuş 1 015 nəfər sağalaraq evə buraxılıb. Hazırda qonşu ölkədə COVID-19-dan sağalanların ümumi sayı 153 379 nəfər təşkil edir.