Paytaxtın bu hissəsində işıq olmayacaq

17 İyun 2020 10:30 (UTC+04:00)

Bu gün Xətai rayonunun bir hissəsində işığın verilməsində fasilə yaranacaq.

"Azərişıq" ASC-nin Mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Bakı şəhəri Xətai rayonunda aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq 17.06.2020-ci il tarixində saat 10.30-dan 13.00-dək Məhəmməd Hadi küçəsi 71-95 ünvanlarında istehlakçıların elektrik enerjisi ilə təhcizatında qısa müddətli fasilələr yaranacaq.