AzTV-də xidmət rəhbəri işdən çıxarıldı

17 İyun 2020 13:30 (UTC+04:00)

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Aslanov vəzifəsindən azad olunub.

AzNews.az xəbər verir ki, Mübariz Aslanov özünün facebook səhifəsində bu barədə çox qısa açıqlama yayıb: "Dostlar, mən artıq AzTV-dən ayrılmışam. Bu qədər. Qaldı ki.. elin və zamanın gözü də tərəzidir”.