Müdafiə Nazirliyi sosial şəbəkələrdə yayılan görüntülərə aydınlıq gətirdi

17 İyun 2020 20:26 (UTC+04:00)

Sosial şəbəkələrdə və bəzi saytlarda ön xətt yaxınlığında Tərtər rayonu ərazisində torpaq yolun düşmən tərəfindən minaatanlardan atəşə məruz qalması barədə məlumat yayılıb.

Müdafiə Nazirliyindən AzNews.az-a bildirilib ki, yayılan məlumat həqiqəti əks etdirmir. Belə ki, müəyyən olunub ki, həmin ərazidə partlayış baş verib. Buna səbəb isə birinci Qarabağ müharibəsi zamanı bir metrdən artıq dərinlikdə basdırılmış tank əleyhinə mina olub.