Türkiyədə daha 19 nəfər koronavirusdan öldü

17 İyun 2020 23:54 (UTC+04:00)

Türkiyədə son sutka ərzində daha 19 nəfər koronavirusdan ölüb.

AzNews.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 4 861 nəfərə çatıb:

"Bu gün ölkədə koronavirus testindən keçən 52 901 nəfərdən 1 492-nin cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı 182 727 nəfərə çatıb. Müalicə olunan 1 261 xəstə isə bu gün evə buraxılıb. İndiyədək 154 640 nəfər koronavirusdan müalicə olunub".