Koronavirusdan sağalanlarda immunitet yaranmaya bilər

18 İyun 2020 09:53 (UTC+04:00)

Bəşəriyyətdə COVID-19-a qarşı heç vaxt immunitetin əmələ gəlməyə bilər.

Bu qənaətə amerikalı və çinli alimlər gəlib.

Belə ki, tədqiqatçılar koronavirusun ilkin qaynağı sayılan Çinin Uhan şəhərində COVID-19 xəstələri ilə birbaşa təmasda olan 23 min həkim arasında araşdırma aparıblar.

Məlum olub ki, 25%-nin yoluxduğu ehtimal edilən 23 min həkimin yalnız 4%-də koronavirusa qarşı antikor olub.

Bundan başqa, koronavirusu dəf etmiş pasiyentlərin 10%-də bir müddət sonra antikorlar yoxa çıxırmış.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 8,4 milyonu ötüb. Bunların 4,4 milyondan çoxu sağalıb, 451 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (Report)

AzNews.az