Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

19 İyun 2020 09:31 (UTC+04:00)

Bazar günü, iyun ayının 21-i səhər saatlarından etibarən Bakının mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə AzNews.az-a Bakı Şəhəri İcra Hakimiyyətindən məlumat verilib.

Bununla əlaqədar maddələrin qəbul olunan müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.