Ermənistanda koronavirusdan ölüm sayı artıb

19 İyun 2020 13:31 (UTC+04:00)

Ermənistanda son gün ərzində 453 nəfər koronavirusa yoluxub.

AzNews.az xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Son sutka ərzində koronavirusdan ölənlərin sayı 10 nəfər artıb və bununla da rəqəm 319-a yüksəlib.

Qeyd edək ki, Ermənistanda ümumilikdə 19157 nəfər koronavirusa yoluxub.

Ləman Hüseynzadə