DİN Kamil Zeynallı ilə bağlı yayılan görüntülərə münasibət bildirib

19 İyun 2020 15:39 (UTC+04:00)

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə idmançı Kamil Zeynallının avtomobil yolunda polisin yanında digər sürücü ilə davam etməsi ilə bağlı yayılan görüntülərinə münasibət bildirib.

AzNews.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, hadisə Bakı-Şamaxı yolununda yerləşən karantin postunda qeydə alınıb.

“Hadisə zamanı Kamil Zeynallı digər sürücü ilə yol üstündə bir-biri ilə dava ediblər. Ərazidə olan polis əməkdaşları da onları saxlayaraq, aidiyyəti üzə Polis Bölməsinə gətiriblər. Polis Bölməsində də həmin şəxslərin izahatları alınaraq, sərbəst buraxılıb. Buna baxmayaraq, araşdırmalar davam etdirilir. Nəticəsindən aslı olaraq məsələyə hüquqi qiymət veriləcək”, - E.Zahidov bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə K.Zeynallının avtomobil yolunda digər sürücü ilə polisin yanında dava etdiyi barədə görüntülər yayılıb.