Türkiyədə koronavirusla bağlı son vəziyyət

19 İyun 2020 22:10 (UTC+04:00)

Türkiyədə son sutka ərzində 1214 nəfər Covid-19-a yoluxub, 23 nəfər dünyasını dəyişib.

AzNews.az xəbər verir ki, bununla da ölkədə ümumi yoluxma sayı 185 min 245-ə, ölüm sayı isə 4905-ə yüksəlib. Bu gün 1494 xəstə sağalaraq evə buraxılıb.

Ümumilikdə 157 min 516 nəfər koronavirusa qalib gəlib.