ABŞ-da koronavirusun mərkəzi dəyişir

19 İyun 2020 23:11 (UTC+04:00)

ABŞ-da Covid-19 pandemiyasının yeni mərkəzi Florida ştatı ola bilər.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb son günlər həmin ştatda koronavirusa yoluxanların sayında rekord artımın müşahidə edilməsidir. Belə ki, bu gün Floridada 3822 nəfərdə Covid-19 aşkarlanıb. Floridada ümumilikdə yoluxma sayı 89 mini ötüb. 3 mindən çox insan isə dünyasını dəyişib.

Bundan əvvəl Covid-19 pandemiyasının əsas mərkəzi Nyu-York şəhəri olub.

Alabama, Arizona, Kaliforniya, Nevada, Şimali Karolina, Oklahoma, Oreqon, Cənubi Karolina və Texasda da koronavirusa yoluxma sayında yenidən artıb.