Fransada koronavirus qurbanlarının sayı 29,6 mini ötdü

19 İyun 2020 23:57 (UTC+04:00)

Fransada son bir gündə koronavirusdan 14 nəfər ölüb.

AzNews.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Baş İdarəsi məlumat yayıb. Qeyd edilir ki, bununla da pandemiya qurbanlarının sayı 29 617 nəfərə çatıb.

“Fransada epidemiyanın başlanğıcından 29 617 insan ölüb, onlardan 19 160-ı xəstəxanalarda vəfat edib”, - rəsmi məlumatda deyilir.

Qeyd edilir ki, sosial və tibbi-sosial müəssisələrdə qeydə alınmış ölümlər üzrə məlumatlar 23 iyunda yenilənəcək.

Hazırda xəstəxanalarda 9 970 insan müalicə edilir. Son 24 saatda daha 116 nəfər COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Ölkə xəstəxanalarının reanimasiya şöbələrində 727 pasiyent müalicə edilir.

Fransada epidemiyanın başlanğıcından 103,7 min insan xəstəxanaya yerləşdirilib. Ölkədə virusa yoluxmuş 74 mindən çox insan sağalaraq evə buraxılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.