“Həftəsonu karantinindən istənilən nəticəni ala bilmədik”

20 İyun 2020 11:09 (UTC+04:00)

“Biz istəyirik ki, sosial məsafəni, insanların bir yerə toplaşmasını azalda bilək”.

AzNews.az-ın verdiyi xəbərə görə, bunu TƏBİB-in şöbə rəisi Yaqut Qarayeva deyib.

O, təəssüf hissi ilə bildirib ki, həftəsonları ikigünlük qapanmadan istənilən nəticə alınmayıb: “Hər bir kəs yoluxa bilər. Hər kəs bilməlidir ki, bu xəstəliyin peyvəndi, xüsusi müalicəsi yoxdur. Biz özümüzü bu xəstəlikdən qorumalıyıq”.