“Şəhərdən kənar tibb müəssisələrinə getmək istəyənlər arayışla gedə biləcəklər”.
AzNews.az-ın verdiyi xəbərə görə, bunu Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi Kamran Əliyev deyib.
O bildirib ki, amma onlar qayıdanda da həkimin arayışı olmalıdır: “Arayış verilərkən də həmin şəxsin konkret hansı tibb müəssisəsinə göndərildiyi qeyd olunsa, daha yaxşı olar”.