Azərbaycan bu il gübrə idxalı xərclərini 14%-dək azaldıb

20 İyun 2020 19:11 (UTC+04:00)

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 43,2 mln ABŞ dolları dəyərində 150,5 min ton gübrə idxal edib.

AzNews.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, məbləğ baxımından 2019-cu ilin eyni dövrü ilə müqayisədə 6,9 mln ABŞ dolları (13,7%) az, həcm baxımından isə illik müqayisədə 3,5 min ton (2,36%) çoxdur.

Bu ilin yanvar-may aylarında gübrə idxalı Azərbaycanın ümumi idxalının 1,04%-ni təşkil edib.