Türkiyədə koronavirusla bağlı son vəziyyət

20 İyun 2020 23:07 (UTC+04:00)

Türkiyədə son sutka ərzində 1248 nəfər koronavirusa yoluxub, 22 nəfər dünyasını dəyişib.

AzNews.az xəbər verir ki, bununla da ölkədə Covid-19-a yoluxanların ümumi sayı 186 min 493-ə, ölüm sayı isə 4927-yə yüksəlib. Bu gün Türkiyədə 41 min 112 test edilib, 1312 nəfər sağalaraq evə buraxılıb.

Bununla da koronavirusdan sağalanların sayı 158 min 828 olub. 781 nəfər reanimasiyadadır.