Mənzildən 87 yaşlı qadının meyiti tapıldı

21 İyun 2020 10:06 (UTC+04:00)

Bakıda mənzildən qadın meyiti tapılıb.

FHN-dən AzNews.az-a verilən məlumata görə, Bakının Yasamal rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1933-cü il təvəllüdlü Konkovskaya Yevgeniya Andreyevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.