Serj Sərkisyandan Türkiyəyə təklif

31 May 2013 10:06 (UTC+04:00)
Ermənistan prezidenti Serj Sərkisyan 1915-ci il olayları ilə bağlı bəyanat verib.

Mayın 30-u Yerevanda "Osmanlı imperiyasında erməni soyqırımı"nın 100 illiyinə dair tədbirləri koordinasiya edən dövlət komissiyasının toplantısında çıxış edən prezident deyib: "Mən hesab edirəm ki, Türkiyənin erməni soyqırımını məhz indi, olayların 100 illiyi ərəfəsində tanıması vacib və mümkündür. Bu istiqamətdə çox iş görməliyik. Biz soyqımının 100 illiyinə Türkiyə cəmiyyəti və hakimiyyəti ilə birgə getməyin tərəfindəyik. Tarixin bu ağır yükündən azad olmaları üçün onlara kömək edə bilərik".

Dövlət başçısı Türkiyə hakimiyyətinə çox da inam və ümid bəsləmədiyini vurğulayıb: "Ancaq mən hər zaman bu istiqamətdə işləməyin tərəfdarı olmuşam, bu gün də tərəfdarıyam, sabah da tərəfdarı olacam".

İddialara görə, 1915-ci ildə Osmanlı imperiyasında 1 milyon 500 min erməni öldürülüb. Bir çox ölkənin (Uruqvay, Rusiya, Fransa, Litva, Italiya, Yunanıstan, Cənubi Kipr, Argentina, Belçika, Uels, İşveçərə, Kanada, Polşa) parlamenti 1915-ci il olaylarını soyqırımı kimi tanıyıb.//mediaforum//

AzNews.az