Putin prezident seçkilərində iştirakını istisna etməyib

21 İyun 2020 20:04 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin Konstitusiyaya düzəlişlərin qəbul ediləcəyi təqdirdə prezident postuna yenidən namizəd olmaq imkanlarını istisna etməyib.

AzNews.az xəbər verir ki, bu barədə o "Rossiya 1" telekanalının efirində bildirib.

"Bu imkanları istisna etmirəm. Baxarıq”, - Putin deyib.