Bəhram Bağırzadənin vəziyyəti dəyişməyib

22 İyun 2020 11:30 (UTC+04:00)

Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətində dəyişiklik yoxdur.

Bu barədə mətbuata açıqlamasında Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

Onun sözlərinə görə, B.Bağırzadənin durumu stabil, kritik-ağır olaraq qalır. Hazırda təyinata uyğun müalicələr davam etdirilir.

AzNews.az