Qurban Qurbanov dünyada 6-cıdır

22 İyun 2020 20:43 (UTC+04:00)

“CIES Football Observatory” saytı eyni klubun baş məşqçisi postunda ən uzun müddət çalışan mütəxəssislərin siyahısını açıqlayıb.

AzNews.az xəbər verir ki, 79 ölkədən 110 liqaya əsasən tərtib olunan siyahıya Fransa Liqa 2-də çıxış edən “Şambri” klubunun baş məşqçisi Bruno Luzi başçılıq edir. Mütəxəssis 6 min 910 gündür bu vəzifədədir.

Yüksək liqa təmsilçiləri arasında rekordçu Şimali İrlandiya təmsilçisi “Kruzaders”in baş məşqçisi Stefen Baksterdir – 5 min 586 gün.

Ardıcıl yeddinci dəfə Azərbaycan çempionu olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov siyahıda 6-cı pillədə qərarlaşıb. Qurbanov 4 min 353 gündür Ağdam klubunu çalışdırır.