Moskvada sabahdan bu məhdudiyyətlər ləğv edilir

22 İyun 2020 21:53 (UTC+04:00)

Moskvada koronavirus pandemiyası səbəbindən tətbiq edilən karantin rejimi iyunun 23-dən etibarən yumşaldılır.

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə paytaxt meri Sergey Sobyanın öz bloqunda yazıb. 3 aylıq karantindən sonra aşağıdakı məhdudiyyətlər aradan götürülür:

Kafe və restoranlar açılacaq;

Fitnes-klublar, hovuzlar və idman zalları fəaliyyətini bərpa edəcək;

Moskva-çay boyunca tramvaylar işləyəcək;

Uşaq bağçaları və kitabxanalarda, sosial müdafiə müəssisələrində məhdudiyyətlər ləğv olunacaq;

Bütün ictimai infrastrukturdan istifadə etmək mümkün olacaq – dükanlar açılacaq, küçə idman avadanlıqlarından, yelləncəklərdən və digər park avadanlıqlarından istifadəyə qadağa olmayacaq.

Həmçinin, turizm agentliklərinin fəaliyyəti yenidən bərpa olunacaq. Lakin Moskva üzrə ekskursiyalara hələlik icazə verilmir.