Səudiyyə Ərəbistanı bu il xarici zəvvarlar üçün Həcc ziyarətini ləğv etdi

22 İyun 2020 23:54 (UTC+04:00)

Səudiyyə Ərəbistanı yeni koronavirus pandemiyasına görə cari ildə xarici ölkələrdən gələn zəvvarlar üçün İslamın müqəddəs yerləri Məkkə və Mədinəyə Həcc ziyarətini ləğv edib.

AzNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı bildirib.

"Həcc ölkənin ərazisində yaşayan müxtəlif milliyyətlərdən olan zəvvarların olduqca məhdudlaşdırılmış sayının iştirakı ilə olacaq", - deyə krallıq hakimiyyətinin bəyanatında deyilir.