190 manat üçün yenidən müraciət edilməlidirmi? - RƏSMİ AÇIQLAMA

23 İyun 2020 15:45 (UTC+04:00)

AzNews.az məlumatı təqdim edir:

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlar üzrə 190 manat ödəmə zamanı faktiki yaşayış yeri nəzərə alınacaq. Bu zaman vətəndaşın aprel-may ayları üzrə birdəfəlik ödəmə almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi ünvan əsas götürüləcək.

Birdəfəlik ödəmə üçün təkrar müraciətə ehtiyac yoxdur.