Vladimir Zelenski soydaşımızı bu vəzifəyə təyin edib

23 İyun 2020 16:45 (UTC+04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski 27 yerli hakimin təyinatı haqqında fərman imzalayıb.

Təyin olunan yeni hakimlər 13 vilayəti əhatə edir.

Yeni hakimlər arasında soydaşımız da var. Prezidentin fərmanı ilə Səfərova Anjelika Fərhad qızı Odessa vilayətinin Kominternovsk rayonunun hakimi təyin olunub. (AZƏRTAC)