ABŞ-da koronavirusa yoluxanların sayı artdı

23 İyun 2020 17:00 (UTC+04:00)

ABŞ-da son sutkada COVID-19-a 31 012 nəfər yoluxub, 425 nəfər ölüb.

Cons Hopkins Universitetinin məlumatına görə, beləliklə, ölkədə yeni koronavirusa yoluxanların ümumi sayı 2 312 302 nəfərdir.

Bunlardan 120 mindən çoxu ölüb, 640 mindən çoxu isə sağalıb. (Report)