Ermənistan parlamenti sədrinin müavini koronavirusa yoluxub

23 İyun 2020 17:30 (UTC+04:00)

Ermənistan parlamenti sədrinin müavini Vaqa Enfiyacyan koronavirusa yoluxub.

O, bunu “Facebook” səhifəsində yazıb.

V.Enfiyacyan bildirib ki, koronavirusa görə verdiyi testin cavabı müsbət çıxıb.

Qeyd edək ki, V.Enfiyacyan müxalifətdə olan Çiçəklənən Ermənistan Partiyasının üzvüdür. (Report)

AzNews.az