Azərbaycan Premyer Liqası 2-ci oldu

23 İyun 2020 18:54 (UTC+04:00)

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES Football Observatory) ən çox gənc baş məşqçilərin işlədiyi ölkələri açıqlayıb.

AzNews.az xəbər verir ki, 79 ölkənin 110 liqası üzrə aparılan araşdırmaya əsasən, Azərbaycan çempionatındakı məşqçilərin orta yaş həddi 42,20-dir. Premyer Liqamız bu göstərici ilə 2-ci pillədə qərarlaşıb.

Siyahıya Estoniya (40,97) başçılıq edir. Farer adaları isə (42,33) 3-cüdür.