Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirir

25 İyun 2020 17:00 (UTC+04:00)

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün brifinq keçirir.

AzNews.az-ın məlumatına görə, brifinqdə ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı, TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai jurnalistləri maraqlandıran suallara cavab verir.

Qeyd edək ki, 21 iyun saat 00:00-dan Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi tətbiq edirlir. Sərtləşdirilmiş xüsusi karantin rejimi 5 iyul saat 06:00-dək davam ediləcək.