“İstanbul yenə də bizim olacaq”- Aksiya

31 May 2013 11:24 (UTC+04:00)



Yunanıstanın sağ fikirli "Qızıl Şəfəq" partiyası paytaxt Afinada etiraz aksiyası keçirib. İstanbulun türklər tərəfindən fəth edilməsinin 560-cı ildönümü çərçivəsində keçirilən aksiyada irqçi partiyanın nümayəndələri əzələ nümayiş etdiriblər. Şəhərin mərkəzində axırıncı Bizans imperatoru Konstantin Paleoloqun heykəlinin önünə çələng qoyan aksiyaçılar türklər əleyhində şüarlar səsləndiriblər. Əllərində Yunanıstan və Bizans bayraqları olan aksiyaçılar daha sonra bizanslıların 1453-cü il mayın 29-da "Ayasofiya"da oxuduqları duaları oxuyublar.

Xatırladaq ki, Bizans imperatorluğunun paytaxtı Konstantinopol 1453-cü il mayın 29-da Osmanlı padşahı Sultan Mehmed tərəfindən fəth edilib. Bundan sonra Fatih titulunu əldə edən padşahın adı tarixə Fatih Sultan Mehmed kimi qeyd edilib. (anspress)

AzNews.az