Türkiyə Azərbaycanı təbrik etdi

26 İyun 2020 11:21 (UTC+04:00)

Türkiyənin Bakıdakı səfirliyi Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.

AzNews.az xəbər verir ki, təbrik mətni səfirliyin rəsmi "Facebook" səhifəsində yayılıb.

"Qardaş Azərbaycanın Silahlı Qüvvələrini 26 iyun - Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edir, Vətən naminə müqəddəs və şərəfli xidmətlərində uğurlar arzulayırıq", - təbrikdə qeyd olunub.