Gürcüstanda COVID-19-a yoluxanların sayı 919-a çatdı

26 İyun 2020 13:10 (UTC+04:00)

Gürcüstanda daha 2 nəfərdə koronavirus aşkarlanıb.

AzNews.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da, qonşu ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 919-a çatıb. Onların 780-i sağalıb, 14-ü isə vəfat edib.

Hazırda ölkə üzrə karantində 2 687, stasionar nəzarətdə isə 260 nəfər saxlanılır.