Rusiyada daha 6800 yoluxma, 176 ölüm

26 İyun 2020 20:17 (UTC+04:00)

Rusiyada son sutka ərzində daha 176 nəfər koronavirusundan vəfat edib.

AzNews.az xəbər verir ki, bununla da ölkədə Covid-19-dan ölənlərin sayı 8 781-ə çatıb. Son sutkada 6 800 yoluxma qeydə alınıb.

Qeyd edək ki, indiyədək Rusiyada 620 794 nəfər koronavirusa yoluxub, onlardan 384 152-si sağalıb. Aktiv xəstələrin sayı isə 227 861-dir.