Bakıda yaşayış binasında yanğın olub

27 İyun 2020 09:03 (UTC+04:00)

Bakıda yaşayış binasında yanğın hadisəsi baş verib.

Bu barədə AzNews.az-a Fövqəladə Hallar Nazirliyi bildirib.

Məlumata görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. Belə ki, beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 35 m² olan 2 otaqlı mənzildə ev əşyaları 5 m² sahədə yanıb. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.