Dünən rayona getmək istəyən 307 sürücü geri qaytarılıb

27 İyun 2020 14:23 (UTC+04:00)

Baş Dövlət Yol Polisi İdarəsi iyunun 26-da xüsusi karantin rejiminin pozulması ilə bağlı statistikanı açıqlayıb.

AzNews.az-ın verdiyi xəbərə görə, dünən karantin tətbiq edilən şəhər və rayonlarda nəqliyyat vasitələri ilə hərəkətdə olan 885 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 363 nəfər olmaqla ümumilikdə 1248 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Gün ərzində xüsusi karantin rejimi sərtləşdirilmiş inzibati ərazilərin sərhədlərində yerləşən karantin postlarında aparılan yoxlamalar zamanı 307 nəqliyyat vasitəsi paytaxt, 211-i isə rayon istiqamətinə olmaqla 518 avtomobil geri qaytarılıb.