Hindistanda ildırım 100-dən çox insanı vurub öldürdü

27 İyun 2020 19:26 (UTC+04:00)

Ötən gün Hindistanın Bihar ştatında azı 92 nəfəri ildırım vuraraq öldürüb.

AzNews.az xarici KİV-ə istinadən xəbərt verir ki, ən çox ölüm Hopalhandj rayonunda baş verib.

Ümumilikdə isə Bihar və Uttar-Pradeş ştatlarında ildırım vurması səbəbindən 100-dən çox insan həyatını itirib.

Hazırda bu ştatlarda ildırım çaxması ilə müşayiət olunan musson yağışları davam edir.