Milli Məclisin yaz sessiyası başa çatdı

31 May 2013 11:56 (UTC+04:00)
Milli Məclisin 2013-cü il yaz sessiyası başa çatıb. Spiker Oqtay Əsədov yaz sessiyasının başa çatdığını elan edib.

Sessiyanın işinə dövlət himninin oxunması ilə yekun vurulub.

Qeyd edək ki, Milli Məclisin iyun ayında növbədənkənar sessiyası keçiriləcək.

AzNews.az